Qızı Xalq artistinin şeirlərini nəşr etdirəcək
Tarix: 14-08-2020, 16:39



Bu il dünyasını dəyişən Xalq artisti Rafael Dadaşovun qızı, Səidə Dadaşova sənətkarın şeirlərindən ibarət kitabın nəşri üçün kömək istəyib.
UlduzumSan.Az kulis.az-a xəbər verir ki, bu istəyini sənətkarın qızı ATV kanalında yayımlanan “7 canlı” proqramında qonaq olarkən bölüşüb. O, atasının şeirlərindən ibarət kitabın nəşri üçün maddi dəstək lazım olduğunu bildirib:
"Kömək edən olsa, atamın şeirlərini çap etdirmək istəyərdim. Yaxşı insanlar yəqin məni eşidər. Atamın əlyazmalarını, şeirlərini toplayıb kitab çıxarmaq istəyirəm. Mənə dəstək olsunlar. Yaxşı insanlar az deyil. Ən önəmlisi isə atamın arxasında sevgi var idi. Onu sevirdilər. Atamın şeirlərini yaşadacam".

Paylaş: