Görkəmli xanəndə Hacıbaba Hüseynovun anım günüdür
Tarix: 24-10-2017, 10:56



Görkəmli xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun bu gün anım günüdür
UlduzumSan.Az-ın məlumatına görə, Hacıbaba Hüseynov 1919-cu ildə Bakıda anadan olub. O, Ruhani ailəsində böyüyüb, erkən yaşlarından güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən öyrənib, əruz vəzninin qaydalarını mənimsəyərək qəzəllər yazmağa, tədricən muğam və təsniflər oxumağa başlayıb.
Xanəndə uzun illər Azərbaycan Dövlət Musiqi Məktəbində muğamı tədris edib, ifaçılar yetişdirib. Onun yaratdığı çoxsaylı təsniflər Azərbaycanın musiqi irsinə daxil olub və muğam ifaçılığında geniş yayılıb.
Hacıbaba Hüseynov Azərbaycanın müxtəlif bölgələrində, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib.
Görkəmli xanəndə və müəllim 1993-cü il oktyabr ayının 24-də dünyasını dəyişib.







Paylaş: