"Bir qadın "sənə inanmışdım" deyirsə, ruhunu öldürdüyünü deyər"
Tarix: 13-08-2020, 13:08




"Bu dünyanın ən ağır cümləsi "sənə inanmışdım" cümləsidir. Bilirsiz.. İnam, güvən sevgidən qat-qat üstün olan bir şeydir. Əvvəl birinə inanarsan, sonra güvənərsən, sonra isə sevərsən. İnanmadığın, güvənmədiyin birini heç vaxt sevə bilməzsən. Sevdiyini zənn edərsən,amma sevə bilməzsən".

BiG.AZ xəbər verir ki, bu sözləri sosial şəbəkə fenomeni Aysel Şükürova sosial şəbəkə hesabında yazıb. O həyat yoldaşı ilə bağlı bundan sonra danışmayacağını bildirsə də, fikirlərini ona yönəltdiyi diqqətdən qaçmayıb:

"Məsələ də bundadır ki, bir qadının sənə inanması, sənin onun güvənini qazanmağın qədər çətin bir şey yoxdur bu dünyada. Çünki bir qadın gerçək mənada sənə inanarsa, sənə güvənər, səni sevər və sənin üçün öz qürurunu belə tapdalayıb hər şey edər. Sənə inanan qadının inancını qırmaq bəlkə də həyat boyu edə biləcəyin axmaqlıqların ən böyüyü olar. Bir qadın "sənə inanmışdım" deyirsə, ruhunu öldürdüyünü deyər. İnancı paramparça olar. İnancı dağılmış bir qadın bilirsiz sonda nə edər? Bütün dünyaya küsər və dünyaya küsmüş bir qadın ən ali sevgi ilə belə barışmaz artıq. Ona görə də, küsdürməyin qadınları..."

Paylaş: