“Reklama ehtiyacım yoxdur, bu beyinə sahib deyiləm”
Tarix: 13-08-2020, 11:06



Aktrisa və bloger Aynişan Quliyeva haqqında yayılan “özünü reklam edir” iddialarına cavab verib.
“MediaPost” xəbər verir ki, o, bu barədə “MTV Azərbaycan”da yayımlanan “10-da görüşək” verilişində danışıb.
Aparıcı Samir Bayramlının suallarını cavablandıran Aynişan bunları deyib: 
“İnsanların mövqeyini anlamıram. Deyirlər ki, Aynişan özünü reklam etdirir. Mənim buna ehtiyacım yoxdur. “Hamı məndən danışsın” deyəcək beyinə sahib deyiləm. Düzünə qalsa, bunu istəmirəm. Hamı elə bilir ki, mən xahiş edirəm ki, nə olar, bunu paylaş. Özləri paylaşır, onlara təşəkkür edirəm”.


img

Paylaş: