"Gəmidə oturub, gəmiçiylə dava etməyin mənası yoxdur"
Tarix: 13-08-2020, 09:49



Xəbər verdiyimiz kimi bir müddətdir ki, bir neçə müğənni Operativ Qərargahın toylarla bağlı qərarını tənqid edir. Onlar tez bir zamanda toylara icazə verilməsini istəyirlər. 

Moderator.az-a açıqlamasında müğənni Arzu Rzayev bu məsələlərdə öz fikrinin olduğunu və qaydalara riayət etdiyini bildirib:

“Mən bu mövzuda susmağa üstünlük verirəm. Toylarla bağlı məsələlərə Operativ Qərargah özü qərar verəcək. Guya mənim deməyimlə nəsə həll olunasıdır? Gəmidə oturub, gəmiçiylə dava etməyin mənası yoxdur. Neçə aydır hamı kimi biz də pandemiyanın bitməsini səbrlə gözləyirik. Mən də hamı kimi sona qədər çalışmışam ki, qaydalara riayət edib, özümü və ətrafdakıları təhlükə qarşısında qoymayım. Kifayət qədər yarımçıq qalan işlərim var və planlaşdırıram ki, onları edim. O çətinliyi mən də çəkmişəm, amma neyləyək, böyük bir təhlükəylə üz-üzə olduğumuz üçün dözməliydik.


Paylaş: