"Televiziyadakılar özlərini hamıdan ağıllı sanırlar"
Tarix: 13-08-2020, 09:20



“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Space” televiziyasına irad bildirib.
 
Pravda.az-ın xəbərinə görə, buna səbəb Ş.Xuduoğlunun efirdə çıxışının kəsilməsidir.
 
““Space” efirə çağırmışdı, mövzu "Ziyalılar niyə susur?" idi. Efirə baxanda gördüm ki, danışıqlarımı kəsib atıblar” – Ş.Xuduoğlu bildirib.
 
Jurnalist Azərbay Həsrət də məsələyə reaksiya verib: “Televiziyadakılar özlərini hamıdan ağıllı sanırlar. Ona görə də rədd eləməkdir ən doğrusu”.

Paylaş: