"Ayselə xəyanət etməmişəm, əksini deyən varsa, çıxsın qarşıma"
Tarix: 12-08-2020, 12:22



"Sakit dururam, o demək deyil ki, kimsə mənim barəmdə artıq əskik yazsın. Ağzımı açmayım, mən kimsə deyiləm çıxım ağzıma gələni danışım, şər-böhtan atım, özümü yaxşı göstərim".
Axşam.az xəbər verir ki, bunu boşanma xəbəri ilə gündəmə gələn bloqqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov sosial şəbəkədə yazıb. O, Ayselin xəyanət ittihamlarını təkzib edib.
"Instagram"da canlı yayım edərək boşanması barədə sualları cavablandıran Oqtay  Ayselin xəyanət ittihamlarını təkzib edib:
"Ayselə xəyanət etməmişəm. Əksini deyən varsa, çıxsın qarşıma".
Keçmiş həyat yoldaşını sosial şəbəkələrdə təqibdən çıxaran və onunla çəkilmiş şəkillərini silən Oqtay daha bir addım atıb. O, sinəsinə yazdırdığı Aysel adını da sildirib.
400 minlik toy xəbərləri ilə gündəmə gələn Aysel və Oqtay 2017-ci ildə ailə qurub. Onların bu evlilikdən əkiz oğulları olub. 

Paylaş: