İtaliyada vəfat edən opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi üçün iş aparılır
Tarix: 12-08-2020, 11:35



Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. 
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Dövlət  Miqrasiya Xidmətinə müraciət olunub. 
“Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq”, - deyə məlumatda qeyd olunur. 
Qeyd edək ki, İtaliyada çalışan opera müğənnisi Eldar Əliyev avqustun 4-də Milan şəhərində vəfat edib. 

Paylaş: