Dünyanın ən çox məvacib alan aktyorları
Tarix: 12-08-2020, 10:40



“Forbes” jurnalı dünyanın ən çox məvacib alan aktyorlarının siyahısını hazırlayıb.
Yenicag.az xəbər verir ki, siyahıya il ərzində 87,5 milyon ABŞ dolları qazanan Duayn Conson başçılıq edir.
İkinci yerdə 71,5 milyon dollarla Rayan Reynolds, üçüncü yerdə isə 58 milyon dollarla Mark Uolberq qərarlaşıb.
İlk beşliyə həmçinin ardıcıllıqla 55 milyon dollarla Ben Afflek və 54 milyon dollarla Vin Disel də daxildirlər.

Paylaş: