"Ürəyiniz istəyənlə evlənir, sonra valideynə dərd verirsiz"
Tarix: 12-08-2020, 10:27




Bir neçə gündür gündəmdən düşməyən Aynişan Quliyeva ilə Kənanın və Aysel Şükürova ilə Oqtay Əhmədovun boşanma xəbərlərinə şairə Nazilə Səfərli münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, gəncləri tənqid edərək, onları yanlış addım atmaqda ittiham edib:

"Son günlər gündəmi zəbt edən boşanmalar bir vətəndaş, ana kimi məni narahat etməyə bilməz. Əziz gənc dostlarım, evlənmək çox asandır. Ev olmaq çətindir. Səbr, əzim, sədaqət, ən nəhayət sevgi ilə ev olur adam. Nə ev alırsınız, nə qızıl, nə cehiz, nə pal-paltar... Bütün yükü valideynlərə yükləyirsiniz. Ürəyiniz istəyən insanla da evlənirsiniz. İndi heç kimi zorla evləndirmək olmur.

Evlənmək qonaq getmək deyil. Evlənmədən öncə yaxşıca düşünün. Sizin boşanmalarınızın bədəlini valideynlər ödəyir. Biz sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız. Ağlınızı başınıza toplayın. Qoy, izdivacınız gec olsun, amma yarımçıq olmasın".

Paylaş: