Səidə ilə Pərvin barışdı - "Kim nə pislik edirsə..." (FOTO)
Tarix: 15-06-2017, 10:51



Müğənni Səidə Sultanla aktrisa Pərvin Abıyeva arasında küskünlük bitib.
Ulduzumsan.Az xəbər verir ki,  onlar şounun ötən gün yayımlanan bölümündə barışıblar. 
S.Sultan barışıqlar bağlı qınanılacağını düşünərək,məsələyə aydınlıq gətirib:
"Bilirəm ki, bu gün sosial şəbəkələrdə danışılan mövzu "barışıq" olacaq. heç istəmərəm ki, hansısa xanıma pis olsun. Bizi qınayanlar olacaq. Amma niyə? Ömrümün sonuna qədər qanlı düşmən olum? Bəs insanlıq? Allah bağışlayandı, biz nə çarəyik ki... Mən oyunumu oynayıb uddum. Siz xalqın sayəsində minlərcə insan səs verdi. İnanıram ki, o səsləri verən xalq bağışlamağı da bacarar. Kim nə pislik edirsə özünə edir".





Paylaş: