“Media lazım gələndə, özünü də tənqid etməyi bacarmalıdır”
Tarix: 12-08-2020, 08:40



Medianın ictimai nəzarət vasitələrindən biri kimi hər bir dövlətin həyatında mühüm rol oynadığı şübhəsizdir. Sağlam tənqid, mövcud problemlərin ictimai müstəviyə daşınması, həmin problemlərin cəmiyyətin və əlaqədar dövlət qurumlarının diqqətinə çatdırılması medianın dövlətin inkişafına verdiyi ən mühüm dəstək hesab edilə bilər. Maraqlıdır, bəs media özünə münasibətdə də eyni tənqidi yanaşmanı sərgiləməlidirmi?
 
Moderator.az-a açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, medianın özünə münasibətdə də eyni davranış sərgiləməsinin vacibliyinə toxundu:
 
“Bildiyiniz kimi, KİV-i “dördüncü hakimiyyət” adlandırılır. Əslində “dördüncü hakimiyyət”  nəzarət hakimiyyəti deməkdir. Media çalışmalıdır ki, bu sahədəki vəzifələrini dəqiqliklə yerinə yetirsin. Hər hansı nöqsana, çatışmazlığa yol verməsin. Bu məsələdə media özü-özünə nəzarət etməyi bacarmalıdır. Nəzarət etməlidir ki, dövlətçiliyin, azərbaycançılığın güclənməsində, dövlətin tədbirlərində, dövlətin problemlərinin həllində nə dərəcədə iştirak edir. Media bu məsələdə yeri gələndə, özünü də tənqid etməyi bacarmalıdır. Çünki özünütənqid olmasa, inkişaf da olmaz. Bu baxımdan,  bütün digər sahələr kimi bu məsələdə də sağlam tənqidə ehtiyac var”.

Paylaş: