Gənc rejissora nazirlikdə yüksək vəzifə verildi
Tarix: 11-08-2020, 15:43



Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Rüfət Həsənovu Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edib.
UlduzumSan.Az Mediapost.az-a istinadla xəbər verir ki, rejissor Rüfət Həsənov bu günədək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb.
O, 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə ÜDKİ rejissor və ssenaristlər üçün ali kursları bitirib.
Xatırladaq ki, dünən Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad edilib.

Paylaş: