"Toylar açılsa, qonaqların çoxu gəlməyəcək"
Tarix: 10-08-2020, 17:12



"Karantin heç kimə sərf etmir. Sabah toylar açılsa, əminəm ki, toya qonaqlardan yarıdan çoxu gəlməyəcək. Hamı qorxacaq".
 
Primetime.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "5/5" proqramında qonaq olarkən söyləyib. Sənətçi ilk vaxtlar virusun olmasına inanmadığını dilə gətirib:
 
"Əvvəl mən də inanmırdım ki, virus var. Çox istəyərdim restoranlar açılsın. Amma qaydalara əməl edilməlidir. Ən az iki-üç ay maska, spirtlə gəzməliyik. Mən də toylar üçün darıxmışam. Kim istəməz ki, şad gündə iştirak etsin. müğənni dostlarım var, deyirik ki, adam lap istəyir pulsuz oxusun.
 
Bizdə nə var üzdədir. Öz həyatımı yaşayan adamam, çətinliklər çox görmüşəm. Ömür çox qısadır, istəyirəm onu yaxşı keçirim. Çoxu deyir ki, övladıma ev, iş, elə-belə olsun... Həyatdır, uşaqlar işləyir. Proqramları var, işləsinlər özlərinə alsınlar. Mənə heç kim nəsə alıb verməyib".

Paylaş: