“Bizim yerimizdə olsalar, neyləyərlər?!"
Tarix: 10-08-2020, 16:25




“Şou-biznes aləmininin bəzi nümayəndələri karantin rejiminə niyə etiraz edirlər? Xalqı düşündüklərinə görəmi? Xeyr, onları xalq yox, öz mənafeləri düşündürür”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında DADP sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, bu adamlar açıq şəkildə toyların yoxluğundan şikayət edir və narazılıqlarını sosial şəbəkə platformalarında paylaşır, təqibçilərinin dəstəyini qazanmağa çalışırlar: 

“Eləsi də var ki, hətta az qala üsyan xarakterli müraciət paylaşır. Belələri özlərini, sanki, Marsdan gəlmiş varlıqlar kimi aparırlar. Özlərini “seçilmiş” insanlar hesab edirlər.

Onlar bu çətin günləri xalqla birlikdə yaşamaq və ümumi bəladan birlikdə qurtulmağı düşünmürlər. Adi insanlarımızın sıxıntıları, problemləri bu müğənnilərə yaddır.

Bunlar pandemiya ucbatından biraz problemlərlə qarşılaşan kimi isterikaya başlayırlar. Belə olmaz! Onların bu cür təkəbbürlü davranışı heç də bəyənilən hərəkət deyil. Bu adamlar sağlamlıqlarını itirən, hələ də müharibənin ağrı-acılarını yaşayan biz qazilərin yerində olsalar, neyləyərlər?

Başa düşürəm, bu aralar hamımız çətin günlər yaşayırıq. Ancaq hər şeyə rəğmən, biraz səbrli olmalıyıq. Pandemiya hamımız üçün imtahandır. Biz bu imtahandan alnı açıq, üzü ağ çıxmalıyıq”.


Paylaş: