"Gül calaqları edə bilərəm"
Tarix: 7-08-2020, 16:44




Müğənni Niyam Salami karantin günlərində işsizlikdən gileylənib.
Yenisabah.az xəbər verir ki, “Xəzər” televiziyasında yayımlanan “Ulduzlu yayım” proqramında qonaq olan ifaçı işsiz qalarsa gül satacağını bildirib: 
“Odun da sataram, doğrayaram da. Kompleksim olsaydı, səhnədə olmazdım. 15 cangüdənlə gəzərdim. Bircə yalana kompleksim var. Gül calaqları edə bilərəm. Ən az dibçəkdə gül becərib sataram. Hamı 3 manata satır, mən də 2 manata satacam. Acından ölsəm, gül satacam. Bərbərlik bacarığım var". 
Villasını nümayiş etdirən ifaçı onun təmirinin və dizaynının özünə məxsus olduğunu deyib.

https://video.yenisabah.az/embed.php?vid=cc7ae99c1​​​

Paylaş: