Murad Dadaşovun intellektini zibilə yük etdilər- YAXŞI İCTİMAİ-SİYASİ TOK-ŞOULAR APARA BİLƏRDİ
Tarix: 23-10-2017, 13:10


Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Əvəz Həsənov telekanallarda yayımlanan “Maşın Şou”nun aparıcısı Murad Dadaşovdan yazıb.
Gununsesi.info-nun xəbərinə görə, Əvəz Həsənov özünün sosial şəbəkədəki hesabında Murad Dadaşovun potensialının uğursuz layihələrə sərf edilməsindən təəssüfünü ifadə edib.
Hüquq müdafiəçisi yazır:
Murad Dadaşov Azərbaycan və Rus dillərini gözəl bilən intellektual insandır. Yaxşı siyasi və ictimai əhəmiyyətli tok-şoular apara bilərdi. Onun kimi müsahibləri ilə blits manevr etmək imkanı olan az adam tapılardı. Amma, onu Azərbaycanda ən düşük tok-şouları aparmağa təyin etməklə adamın intellektini zibilə yük ediblər. Sonra da deyirik ki, niyə bizim rus dilli auditoriyada səsimiz eşidilmir.
Murad kimi rus dilli intellektualı avtovağzal restoranının aparıcısı ediblər.

Paylaş: