"Best Model of The World" yarışması təxirə salınmayıb
Tarix: 6-08-2020, 15:33



Bu il 33-cü dəfə keçiriləcək "Best Model Türkiye ve Best Model of The World" yarışması təxirə salınmayıb.
Open.az xəbər verir ki, bu barədə "Best Model" yarışmasının qurucusu Erkan Özerman məlumat verib.
Erkan Özerman bildirib ki, yarışma sosial məsafə qaydalarına uyğun şəkildə keçiriləcək. Avqustun 7-də yarışmanın yarım finalı baş tutacaq.
82 yaşlı Erkan Özerman qeyd edib ki, builki yarışmanın münsiflər heyətində Hamdi Alkan, Yıldırım Mayruk, Nazlı Heptürk, Şükrü Avşar kimi tanınmış şəxslər yer alıblar.



Best Model of The World

Paylaş: