"Ayağımı qaldıran kimi ağrıyır"
Tarix: 6-08-2020, 15:20



İfaçı Namiq Qaraçuxurlu "ATV maqazin 10larla" verilişinə müsahibə verib.
 
Primetime.az xəbər verir ki, sənətçi ayağındakı olan problemin hələ də düzəlmədiyini, əvvəlki kimi rahat gəzə bilmədiyini dilə gətirib:
 
"Birini tərpədirəm, ikinci ayağımı çox da rahat hərəkət etdirə bilmirəm. Əvvəlki gəzdiyimin heç 10 faizini indi gəzmirəm. Ayağımı qaldıran kimi ağrıyır".
 

 
Namiq bildirib ki, pandemiya ərəfəsində yeni işlər təqdim etmək ona uğur gətirməyib:
 
"Yeni mahnılarım var, söz-musiqisi hazırdır. Amma aranjiman etməmişəm. Karantində mahnı təqdim etmək təhlükəlidir. Bir az əvvəl mahnı oxudum və klip çəkdim, amma istədiyim uğuru ala bilmədim".
 

Paylaş: