"Karantində mahnı təqdim etmək təhlükəlidir"
Tarix: 6-08-2020, 14:08



"Yeni mahnılarım var, söz-musiqisi hazırdır. Amma aranjiman etməmişəm. Karantində mahnı təqdim etmək təhlükəlidir. Bir az əvvəl mahnı oxudum və klip çəkdim, amma istədiyim uğuru ala bilmədim". 

Yenisabah.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "ATV maqazin onlarla" verilişində deyib. Səhhəti barədə məlumat verən ifaçı ayağında hələ də ağrıların olduğunu bildirib: 
"Birini tərpədirəm, ikinci ayağımı çox da rahat hərəkət etdirə bilmirəm. Əvvəlki gəzdiyimin heç 10 faizini indi gəzmirəm. Ayağımı qaldıran kimi ağrıyır". 
Qeyd edək ki, meyxanaçı ötən il ayağından əməliyyat olunub. O, bu səbəbdən bir müddət verilişlərə getməyib və əsayla gəzmişdi.

Paylaş: