“Bəzi kişilərin gücü evdə arvada çatır” – Aqil Abbas
Tarix: 6-08-2020, 12:20




Son dövrlərdə qadına şiddət və qadınların qətlə yetirilməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik.  Millət vəkili Aqil Abbas bu kimi cinayətlərin baş vermə səbəblərini insanların psixoloji durumu ilə əlaqələndirib.
Unikal.org-a açıqlamasında bu kimi halları bəzən kişinin maaşı az olmağı, yaxud işdə əsəbləşməyi ilə əlaqəndirən deputat bildirib ki, bəzən də ailə başçısı rəhbərliyə bir söz deyə bilməyəndə gücü evdə arvadına çatır:  

“Qardaş Türkiyədə də bu hal olduqca geniş yayılıb, hətta deyərdim ki, dəhşətli dərəcədədir. Bəzən günə iki qadın öldürülür, bəzən daha artıq. Azərbaycanda bu tip cinayətlər Türkiyə ilə müqayisədə çox olmasa da, bizdə də bu hal var. Adətən şiddətə məruz qoyan, döyən qadını xəyanətdə günahlandırır. Mən Azərbaycan qadınının xəyanət etməsinə inanmıram. Sadəcə olaraq, elələri həbsxanaya düşəndə hörmətli olmaqları üçün xəyanət sözünü işlədirlər. Çünki cəmiyyətimizdə xəyanət bağışlana bilməz. Bəzən qadına şiddətə 50 problem səbəb ola bilir. İnsanların psixoloji vəziyyətləri yaxşı deyil, pandemiyadır, işsizlikdir. Bəzən kişinin maddi problemi olur, işdə əsəbləşir, acığını evdə arvad-uşaqdan çıxır. Yəni, elələrinin heç kəsə gücü çatmayanda, gücü evdə arvada çatır”.  

Paylaş: