"Tezliklə hər şey qaydasına düşsün"
Tarix: 5-08-2020, 18:14



Pandemiyaya görə bütün işlərimiz, layihələrimiz dayanıb. Həm Milli Konservatoriyada, həm də Asəf Zeynallı adına Musiqi Kollecində dərslər keçilmir.
Bunu Kult.az-a açıqlamasında xalq artisti Aygün Bayramova deyib. O bildirib ki, pandemiya səbəbindən solo konsert hazırlıqlarına da fasilə verilib:
“Yaz aylarında solo konsert verməyi düşünürdüm. Muğam Mərkəzində keçirilməsini istəyirdik, pandemiyaya görə təxirə salındı. Hər şey qaydasına düşəndən sonra konsertlə bağlı planlarımıza davam edəcəyik”.
Aygün Bayramova bildirib ki, dolanışığı toylardan çıxan sənətçilər üçün mövcud durum ciddi problem yaradır:
“Çünki başqa gəlir yerləri yoxdur. Qazancları ancaq toylardan, ad günlərindən çıxır. İndi sosial şəbəkələrdə də ən çox şikayətləri onlardan eşidirik. Arzu edirəm ki, tezliklə hər şey qaydasına düşsün. Onların da maddi vəziyyətləri düzəlsin”.

Paylaş: