“Kimdir sənə 1000 manatlıq gül göndərən?
Tarix: 5-08-2020, 16:53



Müğənni İzzət Bağırov "7 canlı" proqramında qonaq olub.
Musavat.com xəbər verir ki, sənətçi proqramlara dəvət edilən zaman efirə tək çıxmaq istəyən müğənnilərdən söhbət açıb. O bildirib ki, artıq özü də verilişlərə şərt qoymağa başlayıb:
"30 ildir belə şeylər etmirdim. Amma son bir ildə başlamışam. Məndən qat-qat illər sonra efirə gələnlər verilişi bağlatdırırlar. Studiyaya şarlar, fişənglər düzdürürlər, güllər gəlir. Guya buna gül göndəriblər. Gülün min manat qiyməti var, kimdir sənə onu verən? Başlayırlar başqa müğənni gəlməsin, yanımda heç kim olmasın.
Gördüm özün özün üçün nəsə etməsən, heç kim etməyəcək. Son aylar dəvət gələndə başlamışam soruşmağa ki, kim olacaq? Deyirəm, iki müğənni olsa, bəsdir. Düzürlər nə qədər müğənnini, bilinmir kim nə danışır, kim nə oxuyur".

Paylaş: