Manafdan Ədalətə: “Allah belə dostluğu kəssin”
Tarix: 5-08-2020, 12:10



Əməkdar artist Ədalət Şükürov verilişlərin birində qonaq olub. UlduzumSan.Az-ın məlumatına görə, proqramın formatına uyğun olaraq Şükürovun şou-biznesdə yaxın dostu olaraq müğənni Manaf Ağayevlə telefon bağlantısı yaradıblar.
Telefon danışığı zamanı gülməli anlar yaşanıb. Belə ki, Manafa Ədalət haqqında 5 sual verilib. Ağayev həmin suallardan 3-nü bilməyib və Şükürovu cərəyan vurub.
Həmin an Manaf “Allah kəssin belə dostluğu” deyərək, proqramda tamaşaçılara gülməli dəqiqələr yaşadıb.



Paylaş: