Miri Yusif Nadiri lağa qoydu
Tarix: 5-08-2020, 11:09



Xalq artisti Miri Yusif müğənni Nadir Qafarzadəyə aylar sonra cavab verib.
“MediaPost” xəbər verir ki, o, son günlər sosial şəbəkələrdə N.Qafarzadə ilə bağlı yayılan “Soyuducu boşdur dediyin alimlərdən vaksin tapmasını istəyirsən” sözlərini paylaşaraq onu lağa qoyub:
“Həyat bumeranqdır, bəzən kiməsə cavab verməyə tələsmək lazım deyil. Çünki dünya fırlanır və qayıdıb üzünə dəyir. Bu barədə sonra paylaşım edəcəm”.
Qeyd edək ki, bir neçə ay öncə N.Qafarzadə “Xalq artisti” fəxri adı alan Miri Yusif və digər ifaçıları nəzərdə tutaraq bu sözləri işlətmişdi:
“Hər şey yaxşıdır. Neyləmək olar ki? Həyatdır, əslində, belə də olmalıdır. Görünür tale, qismət belə imiş. Bəs, bilmirdiniz? Həmişə belə olur. Canınız sağ olsun, əsas odur. Heç narahat olmayın. Fəxri ad almağımı gözləməyin, bu, heç vaxt olmayacaq. Haqsızlıqlar...”.


img

Paylaş: