"Bu faciədən xilas olmaq üçün Allahın göndərdiyi qayda-qanunlarla oturub-durmaq lazımdır"
Tarix: 5-08-2020, 10:01



Müğənni Akif İslamzadənin, “Əgər Azərbaycanda günün qəhrəmanı səngərdə duran əsgər deyil, müğənnidirsə, bu artıq faciədir” fikri bir müddətdir ki, sosial şəbəkələrdə və cəmiyyətdə müzakirələrə səbəb olub.

Bəs görən məmləkəti düşdüyü bu faciədən necə xilas etmək olar?

Moderator.az-ın sualını cavablandıran A.İslamzadə bunun üçün Allahın qoyduğu qayda-qanunlara riayət etməli olduğumuzu bildirdi:

“Bu faciədən xilas olmaq üçün Allahın göndərdiyi qayda-qanunlarla oturub-durmaq lazımdır. Yoxsa ki, insanların icad etdiyi qayda-qanunlarla yox. Siz bir dünyaya nəzər salın görün nə gündədi. Bu pandemiya olmalıydı, bunu peyğəmbərlərimiz çoxdan deyiblər. Hələ ki, təzə bir şey yoxdur. Əlamətləri də göz qabağındadır. Bunun üçün hazırlıqlı olmalı və yenidən təşkilatlanmalıyıq. Təhsil sistemimiz də kökündən dəyişməlidir. Bu haqda saatlarla danışmaq olar. Bizdə televiziyaya, mətbuata nəzər salanda elə bilirik ki, heç nə olmayıb və elə belə də olmalıdır. Allah özü insanlara kömək olsun. Özünüzdən muğayat olun”.

Paylaş: