“Daim qorxu içində yaşayıram”
Tarix: 4-08-2020, 18:02




"Pandemiya mənə mənəvi cəhətdən çox pis təsir göstərir. Daim qorxu içində yaşayıram".
Bunu Azvision.az -a Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev deyib.

Tanınmış kinoşünas bildirib ki, karantin rejimi onun həyat tərzində böyük dəyişiklik etməyib: "Evdə işləməyi, yaradıcılıqla məşğul olmağı sevirəm, buna görə karantin mənim yaşayış tərzimə böyük təsir göstərmədi. Yaradıcı planlarım var. "Qarabağ" layihəm əsasında tammetrajlı sənədli film çəkmişəm. Film xatirələr üzərində qurulub. Virus səngiyəndən sonra premyerasını edəcəyəm. Çətinliyim yalnız dərs prosesində olurdu. Mən kino tənqidindən dərs deyirəm. Burada onlayn ünsiyyət canlı dərsin yerini vermir.

Ümumilikdə pandemiya mənə çox pis təsir göstərir. Qorxu içində yaşayıram ki, virusa yoluxaram. Çox insan şikayət edir ki, dənizə və ya rayonlara, başqa ölkəyə istirahətə gedə bilmədi. Amma bunlar mənim üçün ikinci dərəcəlidir. Onun haqqında fikirləşmək lazım deyil, fikirləşək ki, sağ qalmışıq, yoluxmamışıq. Xəsətlənməmişiksə, min şükür. Nə dəniz, nə də istirahət hayındayam".

Paylaş: