"Mən Musaya nəyi deyirəm onu geyinir" - Təranə Qumral
Tarix: 4-08-2020, 11:53



Müğənni Təranə Qumral ailəsi haqqında dedikləri ilə gündəmə gəlib.

BiG.AZ xəbər verir ki, müğənninin qızı Qumral həyat yoldaşı haqqında danışarkən bildirib ki, geyiminə qarışmır nə istəyir onu geyinir.

"Natiq rahat geyimləri xoşlayır. Onun üçün fərqi yoxdu efirə gəlir yoxsa başqa yerə. Ona necə rahatdı elə geyinir".

Təranə Qumral isə bildirib ki, o, Musanı necə geyindirirsə elə də geyinir:

"Musanın başına dönərəm mən necə deyirəm o, elə geyinir. Əslində Musanın zövqü rok stilindədi. Amma mən klassik geyim xoşlayıram deyə həmişə klassik geyim geyinir".

Musa Musayev də həyat yldaşının fikirləri ilə razılaşaraq bildirib ki, hər işdə olduğu kimi geyim seçimini də Təranəyə həvalə edib.



Paylaş: