“Nadir villasında dincəlir, öz gününüzə ağlayın”
Tarix: 4-08-2020, 10:18



Müğənni Nadir Qafarzadənin bir neçə gün öncə sosial şəbəkədə yazdığı “İmkansızlıqdan kökəlirik” sözləri qalmaqala səbəb olub.
“MediaPost” xəbər verir ki, sosial media istifadəçiləri Nadirin illər əvvəl işlətdiyi ifadələri gündəmə gətirib.
 “Facebook”da onun ünvanına bu sözlər yazılıb:
“Nadir Qafarzadə bir neçə il bundan qabaq təxminən “Kitab oxuyursanmı” sualına cavab olaraq demişdi ki, gedək professor da soyuducusunu açsın, mən də. Görək, kimin soyuducusu doludur? İndi toylar dayanıb, Nadir Qafarzadə şikayət edir ki, soyuducu boşdur. Gözləyir ki, professorlar vaksin tapsınlar ki, bu da soyuducusunu yenidən doldursun”.
Qısa zamanda xeyli insan tərəfindən paylaşılan bu sözlər isə N.Qafarzadəni hiddətləndirib. O, sosial şəbəkə istifadəçilərinə küçə söyüşləri ilə cavab verib:
“Nadirin soyuducusu hər zaman doludur. İndi də Mərdəkanda – villasında dincəlir. 10 il də toy olmasa, dolu olacaq. Öz gününüzə ağlayın!”.
Qeyd edək ki, müğənni daha sonra yazdığı sözləri silib. 
Onu da bildirək ki, N.Qafarzadə zaman-zaman emosional çıxışları ilə yadda qalır. O, sosial şəbəkə istifadəçilərini təhqir etməkdən çəkinmir.


img

Paylaş: