"Mənim kimi məktəb görmüş musiqiçilər kölgədə qalıblar"
Tarix: 4-08-2020, 09:58




Müsahibimiz A.Zeynallı adına Musiqi Kollecinin məzunu, Xalq artisti Mənsum İbrahimovun tələbəsi olmuş,2005-ci ildə “Yeni Ulduz” layihəsinin iştirakçısı xanəndə-müğənni Könül Məhərrəmlidir.
-Könül xanım,öncə özünüz haqqında və sizi musiqiyə aparan yol haqqında qısa bir məlumat verərdiniz.
-Musiqiyə marağım oz istəyimlə olub. Sanki uşaqlıqdan ozumu bu sənətdə tapmisam.Ona görə də xanəndə olmaq istəmişəm. Tanınmış ustad xanəndələrdən dərs almışam.İlk ustadım 11 illik Xırdalan Musiqi Məktəbində Qasım muəllim olub.Sonra Asəf Zeynallı adına Musiqi Kollecində Xalq artisti Mənsum İbrahimovun tələbəsi olmuşam. 2005-ci ildə “Yeni Ulduz” layihəsinə qatilmışdım.Orada sadəcə  “daydayı” və SMS üçün pul olmadığına görə yer tuta bilmədim.Baxmayaraq ki,istedadima bələd idim və  özümə arxayın idim.Çünki mən sənət məktəbi görmüşdüm.Təəssuf ki, o tip yarışmalarda “qaydalar” tamam başqa cür olur.Heç nə dəyişməyib,elə indi də belədir. Yagışdan sonra göbələk kimi çoxalan dırnaqarası sənətçilər üzdədirlər.Amma mənim kimi məktəb görmüş musiqiçilər kölgədə qalıblar.Mən onları öz səviyyəm hesab etmirəm.O mərtəbəyə ki , layiqəm oranı fəth edəcəm.İnşaallah mən buna inanıram.Və həm də ona görə inanıram ki, arzularım , planlarım məqsədlərim var. Hər zaman qarşıma qoyduğum məqsədə catmışam. Uzun müddətdir mən sənətə çox ara vermişəm.Bu üzdən tamaşaçılar məni nə TV -lərdə , nə də xəbər saytlarında görə , yaxşı tanıya bilmirlər.Artıq bundan sonra tez-tez görəcəklər.Yeniden professional sənətə qayıtmışam.Hələ ki Pandemiya ilə əlaqədar nə reklama çəkilməyə , nə də hər hansı bir Dövlət tədbirində çıxış etməyə imkan yoxdur.
-Bilirik ki, hər bir sahədə reklama ehtiyac var.Çünki bu da bir işdir ,sənətdir..
-Əlbəttə ki, normal sənət ,bacarıq olandan sonra..Əsas odur ki, sənətim istedadım var.,reklam məsələləri sonraya qalsın . Hərdən tamaşaçılar irad bildirirlər ki, fanatların yoxdur.Varsa da, çox az. Doğrudur ,uzun illər sənətdən uzaqlaşdım ,səbəb ailə məsələsi idi.Amma ifalarım az da olsa var.Həm də mən ifalarımı böyük səhnələrdə göstərmişəm.Əlavə olaraq ondan da irəli gəlir ki ,mən cox öyrənirəm ,çalışıram hər gün yeni-yeni mahnıların ,əsərlərin üzərində işləyirəm. Vaxtım, günüm, saatım öyrənməklə keçir . Bunu mənim ustadlarım da təsdiq edə bilərlər. Toylara da gedirəm,əlbəttə ki, karantinə qədər qazanc olaraq ,dolanışıq üçün getmişəm .Yenə də getməyi düşünürəm.Bizdə sırf sənətçi olaraq ,toylarsız keçinmək olmur.Sənətimizi davam etdirəcək dövlət müəssisələri azdır .Maaş alacağım bir iş yeri tapmıram ki, orada sırf yaradıcılıqla məşğul olam.Toylarda baş verən olaylar , oradakı çətinliklər adamı yorur..Bezikdirir.Hərdən sənətkar olsaq da bizə “manıs” deyərək müraciət edirlər..Mən bu cür ara sözlərinə qıcıqlanıram,amma əlac yoxdur.dözməliyik ,qazanc xatirinə.
-Məncə, “manıs” sözü qadinlara aid deyil.Bu qəbildən olan ifadələr sizi çoxmu rahatsız edir?
-Ümumiyyətlə ,”manıs” ifadəsi deyilsə belə çox da reaksiya vermirəm. Hətta, “božbaş müğənni “,. “palatka oxuyanı ” , “toy müğənnisi “– kimi ifadələr də çox işlənir.Onlar mənə aid deyil.Cunki mən , sənəti yetərincə bilirəm , kiminsə hansısa sifarişini “bilmirəm ” – deyərək utancli hala düşməmişəm.Öz bacarığıma arxayınam. Restoranlarda da oxuyuram gərəkən zaman .Əlbəttə, asan deyil , içki məclisidir , fərli insanlar , fərqli qanacaq , fərqli etika görürük , zövqlər müxtəlif olur , onların hər birinə diqqət etmək ustalıq tələb edir. Ən əsası səbrli və dözümlü olmaqdır.Adama söz də ata bilərlər , əxlaqsız təklif də edə bilərlər.Gərək özün-özünü idarə etməyi bacarasan.Özünə hörmət qoyan kəsə , kənardan da hörmət qoyurlar.Qoymazsalar belə ,no zaman ona məcbur edərəm. Musiqidən anlayişı olanlar məkanından , yerində ,asılı olmayaraq hər zaman sənətə deyer verirlər.Mənə çoxları deyir ki, niyə sponsorun yoxdur ? Sponsorum ona görə yoxdur ki, insan oğlu , tərbiyəli bir sənətsevər tapa bilmirəm.Onu da əlavə edim ki, Sponsor deyiləndə indi ilk öncə ağla gələn pis fikirlər olur.O qədər əxlaqsızlıq edildi ki, sənət aləmində “sponsor ” çox utancverici fiqura döndü .
-Sizcə, sponsor sözünün bu hala gəlməsinin səbəbi nədir və sponsorluq etmək istəyənlərin şərtləri nədən ibarədir?
-Onu deyim ki, sponsor sözünün ilk növbədə sponsorluq etmək istəyənlərin özü pis günə saldı.İndi sponsorluq etmək istəyənlər  müğənninin qarşısına çox “yüngül” və səviyyəsiz şərtlər qoyurlar.Peşəkarcasına iş birliyi qurmaq məqsədi ilə sponsor tapmaq isə Azərbaycan reallığında çox cətindir. Hər kəs bir şeylər güdür ,hər kəs bir şeylərin peşindədir. Ölkəmizdə mədəniyyət mən deyərdim,elə də yaxşı vəziyyətdə deyil.Əslində acınacaqlı durumdadır.Mədəniyyətimizi mədəniyyətsizlər çox pis hala salıblar.Nə mədəni sənət qalıb , nə də mədəni davranış .Etika yönündən daha biabırçı haldadır . Mədəniyyət sahəsində öz bacarığına güvənsən də, orda mütləq “sevgili ” amili olmalıdır ki, yüksək mərtəbəyə qalxa biləsən.Mənə hərdən sənətçi dostlar deyirlər ki, filan yerdə şəklini gördük , sevgilidir ? Yaxud da mənim hardasa bir məclisdə qarşı cinslə ifam olanda ona da bir qulp qoyurlar. Bu yaxınlarda bir nəfər aktyor – təşkilatçı mənim foto və ifalarımı reklam edirdi , mənə yazdılar ki, təzə sevgilindir ? Bax bu cür düşünən cəmiyyətdə sənətçi olmaq , abır qorumaq faciəvi problemə dönüşüb.Mən tam əminliklə deyirəm ki, sevgilim yoxdur.Çünki azadlığıma ,rahatlığıma düşkün insanam və sənətimə kənar oyunlar qatmaq istəmirəm. Ümumiyyətlə,”sevgili” ,”Şou-biznes” ,”reytinq” , “sponsor” kimi ifadələrdən adam artıq iyrənir.
-Şou-biznes demişkən, bizdə bu sahənin ümumi mənzərəsini necə qiymətləndirmək olar?
-Bizdə şou -biznes deyilən bir şey yoxdur. Sadəcə olaraq “toy biznesi” var.Bu birmənalı olaraq belədir.Şou -biznesin öz qaydaları var. Şou-biznes adından da göründüyü kimi , şou – proqramlarla qazanc əldə etmək üçün olan yaradıcılıq sahəsidir .Bizdə bir şou proqram üçün yenə də adamın olmalıdır .Şou-biznesdə əksər sənətkarlar olur , yol- kol adamları yox. Sənətkara da  sənətkar adinı əslində  xalq– musiqi duyumu olan normal tamaşaçı verməlidir.Xalqın gözü  tərəzidir.Mən indi burda desəm ki ,mən  əvəzsiz  sənətkaram, bu bir mənalı qarşılanmaz.Amma özgüvənim təbii ki, çoxdur.Öz beynimdə tutduğum, hədəflədiyim yerə mütləq  çatacam.Özümə  heç  bir xanım ifaçını rəqib görmürəm.Yeri gəlsə, əksər kişi ifaçılar da mənə rəqib ola bilməz.
-Maraqlı nöqtəyə gəldik.Sizə, bu çox böyük idda olmadı ki?           
-Tanınmış deyilən  müğənnilərin  əksəriyyəti mənimlə bir səhnədə  canlı  ifa edə bilməzlər , onlarda o bacarığı görmürəm .İstər toy olsun ,istər  professional  səhnə  olsun, bacara bilməzlər .Çünki onların  əksəriyyəti fonaqram oxuyan , “əldəqayrılma” müğənnilərdir .Fonaqram oxuyan mügənnilər isə həmişə səhnədən,sənətkarlarla bir yerdə ifa etməkdən,canlı ifadan,hətta mikrofondan belə qorxurlar
-Sonda nə demək istərdiniz?
-Üzümü sənət camisinə, mədəniyyətimizin baş bilənlərinə tutaraq demək istəyirəm ki,sənətə dəyər  verilsin,istedadlı  gənclərə  imkan yaradilsın,müsabiqələr  pulla olmasın.Bütün bunlar mədəniyyətimizə,musiqi tariximizə yalnız və yalnız xələl gətirir və gətirəcək.Həmçinin,sizə və fikrlərimə  yer ayıracağına görə öncədən Kanal32.az saytının rəhbərliyinə təşəkkürümü bildirirəm.
İbrahim Türksoy






KANAL32.AZ

Paylaş: