"Mən o sözü harada demişəm?"
Tarix: 4-08-2020, 09:53




Müğənni Nadir Qafarzadə növbəti dəfə açıqlaması ilə gündəmə gəlib.
"Ölkə.Az" xəbər verir ki, o, “professor da soyducusunu açsın, mən də, görək kiminki doludur” sözlərini demədiyini bildirib:
“Mən o sözü harada demişəm? Artıq belə söhbətlərdən bezmişəm. Ölkədə danışacaq başqa mövzu yoxdu ki, belə söhbətləri gündəmə gətirirlər? Hansısa fakt olmadan nəsə yazmaq qeyri-peşəkarlıqdır. Amma kim məni təhqir edəcəksə, cavabını alacaq”.  
Qeyd edək ki, "İnstagram" səhiflərindən birində bununla bağlı paylaşıma müğənni söyüşlü şərh yazıb. Sonradan müğənni şərhini silib. 
Daha ətraflı videodan izləyin:



Paylaş: