Ajdanın Bayram konserti
Tarix: 3-08-2020, 13:05



Məşhur müğənni Ajda Pekkan Qurban Bayramı münasibətilə Bodrumda konsert verib.
Open.az xəbər verir ki, Ajda Pekkanın konsertini 500 nəfər tamaşaçı izləyib.
Səhnəyə, modelyer Gülşah Saraçoğlunun hazırladığı libasla çıxan Ajda Pekkan, repertuarında olan ən gözəl mahnıları ifa edib.
Konserti izləyənlər arasında Orhan Gencebay da olub. Ajda Pekkan Orhan Gencebayın şərəfinə "Batsın bu dünya" adlı məşhur mahnını səsləndirib.

Paylaş: