Türkiyəyə dincəlməyə gedən müğənninin ayaqları sındı
Tarix: 3-08-2020, 11:48



Türkiyəyə istirahətə gələn ingilis müğənni Keti Praysın başına iş gəlib.
Yenisabah.az xəbər verir ki, sənətçi getdiyi əyləncə mərkəzində iki ayağını və biləyini sındırıb. Ayaqları gipsə qoyulan Prays hovuz kənarında saatlarla günəş vannası qəbul edib.
Koronavirus infeksiyasına görə aylardı İngiltərədə evində özünü izolyasiya edən müğənni Antalyada dincəlir.Onu hovuz kənarında görən bir pərəstişkarı çiçək hədiyyə edib.
Həkimlər Ketinin 3-6 ay ərzində sağlam həyatına geri dönəcəyini bildirib. Axşam.az yazır ki, estetik əməliyyatlar etdirmək üçün tez-tez Türkiyəyə gələn müğənninin bu dəfə tez qayıdacağı bildirilib.





Paylaş: