Ukraynalı məşhur modeli döydülər
Tarix: 3-08-2020, 11:42




Ukraynalı məşhur top model Darya Kirilyuk Türkiyədə hücuma məruz qalıb.
Open.az xəbər verir ki, hadisə ötən gün Çeşmə Dalyanda baş verib.
Məşhur model və rəfiqələri Çeşmədə fəaliyyət göstərən əyləncə mərkəzlərinin birində istirahət edərkən, məkanın güvənlik qorumaları onlara hücum edib.
Mühafizəçilərin 4 qadına nəyə görə hücum etdiyi hələlik məlum deyil. Amma modelin sosial mediada paylaşdığı fotodan da göründüyü kimi, Darya Kirilyuk və 3 rəfiqəsi üçün ötən gecə çox "yaddaqalan" olub.
Darya Kirilyuk: "Səssiz qalmaq istəmirəm. Mənə, rəfiqələrimə və oğlan dostlarımıza qarşı olanların səbəbini anlamaq istəyirəm. Momo Plajı’nın (Çeşme, Türkiye) güvənliyi bizə hücum etdi. Mən daxil olmaqla dörd qızın üzünə yumruq atdılar. Dostlarımız da yaralandı. Polisə şikayət etmişik. Bizə qarşı edilən vəhşiliyə etiraz edirik" deyib.


Ukraynalı məşhur modeli döydülər-FOTO


Qeyd edək ki, Darya Kirilyuk Şeyma Subaşının yaxın rəfiqəsidir. Ötən gün yaşanan hadisəni Şeyma Subaşı da pisləyib.



Ukraynalı məşhur modeli döydülər-FOTO


Paylaş: