Tanınmış aktrisa hamilə olduğu üçün təcili nikah etdi?
Tarix: 3-08-2020, 11:04



Xəbər verdiyimiz kimi, ötən həftə türkiyəli sənətçilər Gupse Özay və Barış Arduç 6 illik sevgili münasibətindən sonra ailə həyatı qurublar.
 
Primetime.az xəbər verir ki, nikah masasına oturan cütlüyün övladı olacağı iddia edilib. Onlar toy üçün pandemiyanın bitməsini gözləmək istəmədiklərini bildiriblər. Toy isə gələn ilə qədər təxirə salınıb.
 
Nikahın təcili edilməsinə səbəb isə Gupsenin hamilə olmasıdır. Cütlüyün oğlu doğulacaq.
 
İddiaları cavabsız qoymayan Özay "Hamilə deyiləm. Amma tezliklə ana olmaq istəyirəm" deyib.

Paylaş: