“Maşın" şounun finalçıları bəlli oldu - ADLAR
Tarix: 23-10-2017, 09:09


Ötən gecə ATV-də yayımlanan "Maşın" realiti-şousunun daha bir iştirakçısı yarışmanı tərk edəndən sonra finalçıların adı bəlli olub.

Modern.az saytı xəbər verir ki, final öncəsi 4 iştirakçıdan birinin - "Bozbash Pictures"in aktyoru İlkin Misgərlinin şəkli qutudan daha çox çıxdığı üçün o, tamaşaçılardan səs toplayamağa çalışıb.
İ.Misgərli səs toplayacağı təqdirdə müğənni Talıb Talehi oyundan kənarlaşdıracağını bildirib. 

Şounun sonunda səsvermə nəticələri açıqlananda məlum olub ki, "Bozbash Pictures"in aktyoru İlkin Misgərli 50 faizdən az səs topladığından yarışı tərk edir.

Beləliklə, əvvəllər ATV-də aparıcı olmuş Vüsalə Əlizadə, müğənnilər Xatun Əliyeva və Talıb Taleh finalda “Nissan” markalı maşın uğrunda mübarizə aparırlar.

Paylaş: