Məşhur "Alley Cat"ın bəstəkarı öldü
Tarix: 30-07-2020, 18:07



"Alley Cat" mahnısının danimarkalı bəstəkarı Bent Fabrik vəfat edib.
Axşam.az xəbər verir ki, musiqiçi 95 yaşında dünyasını dəyişib.
Bir çox filmlərdə yer alan "Alley Cat" mahnısı Bentin tanınmasında böyük rol oynayıb. Onun 1962-ci ildə bəstələdiyi mahnının yer aldığı albom 1 milyondan çox satılıb. Musiqi ABŞ-da bütün siyahılarda birinci, Avstraliyada isə ikinci olub.
Bəstəkar "Grammy" mükafatı alıb. O, 2014-cü ildə "Palyaço" qorxu filminə çəkilib.

Paylaş: