"Kerem Esli"nin sevdasından vaz keçə bilmir
Tarix: 30-07-2020, 17:44



Murat Bozdan ayrıldıqdan sonra adı, keçmiş basketbolçu Kerem Tunçeri ilə çəkilən Aslı Enver "cəbhəsi"ndən yeni xəbər var.
Open.az xəbər verir ki, aprel ayında Kerem Tunçerinin başqa qadınlara yazdığı sevgi mesajları sosial mediada ifşa edildikdən sonra, Aslı Enver Kerem Tunçeri ilə başlamaq ərəfəsində olan münasibətinə son qoymuşdu.
Türk mətbuatının yazdığı xəbərə görə aradan keçən 4 ay ərzində Kerem Tunçeri Aslı Enverdən əl çəkmək istəmədiyini hər fürsətdə bəyan edir. Ortaq dostları ilə Aslıya xəbər göndərən Kerem Tunçeri, onunla yenidən görüşmək istədiyini bildirib. Aslı Enverə xəbər çatdıran ortaq dostlar isə Keremin əvvəlki pis xasiyyətlərindən əsər-əlamət qalmadığını söyləyiblər.
Hələlik Aslı Enverin cavabının müsbət və ya mənfi olduğu ilə bağlı heç bir xəbər yoxdur.

Paylaş: