“Toppuş bacı“dan xəbər var
Tarix: 30-07-2020, 17:12



Əməkdar artist Tünzalə Əliyeva yeni mövsümdə aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq.
Yenisabah.az xəbər verir ki, "Toppuş bacı" ləqəbli aktrisa bundan sonea ARB-də çalışacaq. Hazırda sənətçi yeni layihəsi üzərində çalışır.
Qeyd edək ki, T.Əliyeva bundan əvvəl "Space" kanalında səhər verilişinə aparıcılıq edirdi. Xərçəngdən əziyyət çəkən aktrisa xəstəliyi ağırlaşandan sonra işindən uzaqlaşıb.
Axşam.az xatırladır ki, bir müddət əvvəl ARB-də verilişlərin birində qonaq olarkən "Toppuş bacı" deyib ki, arıqladıqdan sonra film, aparıcılıq təklifləri azalıb.

Paylaş: