3 il əvvəl vəfat edən aktyorun arvadını ölümlə hədələyirlər
Tarix: 30-07-2020, 14:53




2017-ci ildə vəfat edən rusiyalı aktyor Dmitri Maryanovun dul qalmış arvadını ölümlə hədələyirlər.
Open.az xəbər verir ki, Dmitri Maryanovun həyat yoldaşı Kseniya Bik bu barədə açıqlama yayıb. K.Bik bildirib ki, ərinin ölümündən sonra ona böyük miras qalıb və bu miras çoxlarını narahat etməyə başlayıb.


3 il əvvəl vəfat edən aktyorun arvadını ölümlə hədələyirlər



Son günlər anonim zənglər alan Kseniya Bik məlumat verib ki, ona səsi tanış olan adamlar zəng edərək, kimlərinsə onu öldürəcəyini söyləyiblər. Mərhum aktyorun dul xanımı qeyd edib ki, evə zəng edərək danışan "tanışlar", bunu etmək istəyənlərin onun üzünə sulfat turşusu atmaq istəklərini də açıq-aşkar söyləyiblər.
Hazırda mərhum aktyorun həyat yoldaşının fikirləri və ona edilən anonim zənglərlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Dmitri Maryanov 2017-ci il oktyabrın 15-də 47 yaşında vəfat edib.



3 il əvvəl vəfat edən aktyorun arvadını ölümlə hədələyirlər


Paylaş: