5500 manatı ödəyib avtomobilini geri aldı
Tarix: 30-07-2020, 14:42



Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl yol hərəkət qaydalarını pozduğu üçün 5500 manat borcu olduğunu və buna görə maşınının cərimə meydançasına aparıldığını deyib.Müğənni Axşam.az-a açıqlamasında bildirib ki, bir neçə gün əvvəl avtomobilinə qovuşub. Seyidcahan borcunu bütöv ödədiyini söyləyib:
"5500 manatı ödədim, maşını geri aldım. Nə edim, ödəməliydim. Bundan sonra çalışacam qaydaları pozmayım. Bəzən çəkilişlərə gecikəndə sürət həddini aşırdım. Sən demə, radarlar hər şeyi çəkib yığırmış".

Paylaş: