“Karantin günlərində işıq üzü görən mahnı və kliplər uğursuzdur”
Tarix: 30-07-2020, 11:12



Meyxanaçı Namiq Qaraçuxurlu karantin günlərində təqdim olunan işlərdən bəhs edib. 
UlduzumSan.Az-ın məlumatına görə, o, həmin dönəmlərdə işıq üzü görən mahnı və klipləri uğursuz adlandırıb: “Karantin dövrü başlayandan bu günə qədər demək olar işıq üzü görən bütün mahnı və kliplər o qədər də uğurlu olmadı. Fikrimcə, bu, insanların əhvalı ilə əlaqədardır. Bir çox işlərimi sizə təqdim etməməyimin səbəbi budur. İnşallah ab-hava az da olsa düzəlsin, gözləntilər varsa doğruldarıq”.

Paylaş: