“Ermənilər özlərini ruslara və digər millətlərə elə göstərmək istəyirlər ki, guya biz...”
Tarix: 30-07-2020, 09:29



“Bütün atalar, analar narahatdı, amma çox şükür, bizi və balalarımızı qoruyan dövlətimiz var. Allah millətimizi, dövlətimizi və ordumuzu qorusun”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Səkinə İsmayılova deyib. Muğam ifaçısı gec-tez düşmənimizin layiqli cəzasını alacağını bildirib:

“Haqq öz yerini tapacaq. Gec-tez Allah düşmənlərimizin cəzasını verəcək. Bütün atalar, analar narahatdı, amma çox şükür, bizi və balalarımızı qoruyan dövlətimiz var. Allah millətimizi, dövlətimizi və ordumuzu qorusun. Tarix boyu biz həmişə kimə yaxşılıq etmişik, çörək vermişik, sonda bizə dönük çıxıblar. 1988-ci ildən bu yana bizə qarşı təxribat törədən və torpaqlarımızı işğal edən ermənilər də bizim o düşmənlərimizdəndir. Onlar hər yerdə bizə qarşı təbliğat aparırlar, musiqimizi, mətbəximizi, mili geyimimizi belə, oğurlamaqdan utanmırlar. Bu gün Rusiya və digər ölkələrdə onların bizim soydaşlarımıza qarşı apardığı təxribatlar da bunlardan biridir. Ermənilər özlərini ruslara və digər millətlərə elə göstərmək istəyirlər ki, guya biz bunlara zülm edirik”.


Paylaş: