Cennifer Lopez villasını hərraca çıxarır – 8 milyon dollara
Tarix: 29-07-2020, 12:35

Məşhur aktrisa Cennifer Lopez və Aleks Rodriges Malibudakı evləri ilə vidalaşmağa hazırlaşırlar. 
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa bu evi ötən il “Entourage” serialının aktyoru Ceremi Pivendən 6,6 milyon dollara alıbllar, hazırda isə həmin evi 8 milyon dollara satışa çıxarıblar. Okean sahilində yerləşən evin 5 yataq, 4 vanna otağı var. Üç mərtəbəli villanın sahəsi 4 400 kvadrat metrdir. Evin hər mərtəbəsi Sakit okeana baxan şüşə divarlarla örtülüb. Уyni zamanda hər mərtəbədə terras var. 
Qeyd edək ki, məşhur cütlük Kaliforniyada  özlərinə 2 yataq otağı və 2 vanna otağı olan 2200 kvadratmetrlik yeni ev alıblar. Həmin evin dəyəri isə 1,4  milyon dollardır.

Cennifer Lopez villasını hərraca çıxarır– 8 milyon dollara - FOTOLAR

Paylaş: