"Niyə insanlar simalarını tez-tez dəyişir?"
Tarix: 29-07-2020, 10:25



"Həmişə bir şey məni düşündürüb. Niyə bəzi insanlar simalarını tez-tez dəyişirlər. Özüm siyasətçi olmasam da, oxuyub eşitdiklərimdən belə anlayıram ki, siyasi mövqeyi dəyişmək qəbahətli deyil. Bir insanın zaman-zaman siyasi əqidəsini dəyişməsi demək ki, normal cəmiyyətlərdə başa düşüləndir".

BiG.AZ xəbər verir ki, bu sözləri biznesledi Ruhi Əliyeva sosial şəbəkə hesabında yazıb. O insanların dəyişməsindən şikayətlənib:

"Bəs insanın öz simasını dəyişməsi necə? Məncə bunun müəyyən səbəbləri var. Bu səbəblərdən biri insanın tamahı, digəri paxıllığı, digər bir səbəbi isə yaltaqlığıdır. Bəzən insan tamahının əsrinə çevrilir. Bu cür dəyişkən insanlar kənardan çox eybəcər görünür. Bəlkə də onlar bunun fərqinə varmırlar və özlərini dərk etmirlər. Əslində isə, insanın özünü dərk etməsi böyük bir elmdir. Şəxsin öz hissləri üzərində hakim olması onun mənəvi böyüklüyünün əsasıdır. Tamah, paxıllıq və bu kimi hisslərimiz bizim şəxsiyyət kimi yetişməyimizə mane olmamalıdır. Bu halda simamız da dəyişməz olaraq qalacaq.
Əsl ləyaqət sahibi düşdüyü vəziyyətdən asılı olub, həmin vəziyyətə tabe olmur. Çox şeyin ardınca qaçmayın, yoxsa hər şeyi itirəcəksiz".

"Niyə insanlar simalarını tez-tez dəyişir?" - Ruhi - FOTO

Paylaş: