Məşhur aktrisa "ilanlar şahı" olacaq
Tarix: 29-07-2020, 10:13



Tanınmış türk aktrisası Deniz Çakır uzun müddətdən sonra ekranlara geri dönür.
Open.az xəbər verir ki, son dəfə "Vurğun" adlı serialda çəkilən və erkən final edən layihənin ardından, Deniz Çakır "İlanlar şahı" olaraq qayıdacaq.
Belə ki, ssenarist Erkan Birgörənin yazdığı "Şahmeran" adlı serialda baş rolu oynayacaq aktrisanın, tərəf müqabilinin kimliyi hələ bəlli deyil. Yaradıcı qrup Deniz Şakıra yaraşacaq kişi aktyorunun "axtarış"ına çıxıb.
Serialın rejissoru tanınmış türk rejissoru Hilal Saral olacaq.
"Şahmeran" Tarsusda yaşadığı ehtimal edilən insan başlı, ilan gövdəli mistik hekayəni əks etdirəcək. Deniz Şakır insan başlı, ilan gövdəli "Şahmeran"ı canlandıracaq.

Paylaş: