"Nəinki Sərdar Ortaçla, heç bir türk müğənnisiylə şəxsi tanışlığım yoxdur"
Tarix: 29-07-2020, 08:39



Xəbər verdiyimiz kimi Türkiyəli müğənni Sərdar Ortaçın sosial şəbəkədə Əməkdar artist Elnarə Abdullayeva ilə bağlı paylaşımı maraqla qarılanıb. Müğənni xanəndənin muğamlarından birini paylaşaraq özü də zümzümə edib. O, Elnarənin ifasına heyran olduğunu bildirib.

Moderator.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva Sərdar Ortaçla şəxsi tanışlığı olmadığını bildirib. Lakin xanəndə həmkarına muğamımıza verdiyi dəyərə görə təşəkkür edib:

“Ümumiyyətlə, nəinki Sərdar Ortaçla, heç bir türk müğənnisiylə şəxsi tanışlığım yoxdur. Amma Sərdar bəyə təşəkkürümü bildirirəm. Bu onların Azərbaycan musiqisinə verdiyi qiymətdir. Heç nədən “Bir millət, iki dövlət” deyilməyib ki. Adam Azərbaycan musiqisindən qürur duyur. Əvvəllər Sərdar bəy rəhmətlik Məhəbbət Kazımovun mahnılarını çox paylaşırdı. Mən də ona sosial şəbəkə vasitəsilə təşəkkürümü bildirdim”.


https://ok.ru/video/1835034872532​​​

Paylaş: