"Artıq vətənpərvər paylaşımları əyləncəli fotolar əvəzləyir"
Tarix: 28-07-2020, 11:43



"Bir azdan paylaşımlar dəyişəcək. Ciddi, vətənpərvər postlarımızı yeyib-içmək, həyat tərzini, gündəlik həyatımızı əks etdirən fotolar əvəzləyəcək. Artıq var... Belə olmalıdır. Həyat öz axarı ilə gedir".Axşam.az xəbər verir ki, bu sözləri müğənni Eldar Qasımov deyib. Sənətçi bir müddət əvvəl hər kəsin sosial şəbəkədə paylaşdığı vətənpərvər fotoların artıq dəyişdiyindən söz açıb. Eldar bunla bağlı yazılan tənqidlərə reaksiya verib:
"Bir millət olaraq çox şeyə göz yumuruq. Səfeh deyilik. Bu, ürəyiyumşaqlığımızdan və mehribançılığımızdan irəli gəlir. Həddindən artıq dərəcədə rəhimliyik. Fərq etmir, hardasan, necə əylənirsən, iş başında şəkil çəkirsən, sevinclisən, kədərlisən... Əsas odur ki, Qarabağ mövzusu içimizdə bir neçə günlük yanıb sönməməlidir. Onu hər addımda və əməldə daşımalıyıq. Necə? Mariflənməliyik, inkişaf etməli və oxumalıyıq, güclənməliyik. Hər kəs işini vicdanla görsə, bir-birinə hörmətlə yanaşsa, vətənpərvərliyin nə olduğunu hiss edib, etdirəcəyik. Sizdən yoxdur... Haq-ədalət bizim tərəfimizdədir. Bir gün zəfər çalacağıq".

https://ok.ru/video/1836908415700​​​

Paylaş: