"Günahımız olmadığı üçün heç də narahat deyilik"
Tarix: 27-07-2020, 08:56



Xəbər verdiyimiz kimi, xüsusən də Rusiyada azərbaycanlılar və ermənilər arasında baş verən son qarşıdurmalardan sonra ermənilər həmyerlilərimiz Kamil Zeynallı və Kamil Musəvi barəsində Rusiya Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıblar.

Dominant.az-a danışan Kamil Zeynallı və Kamil Musəvi ilə heç bir müraciətin, çağırışın onları qorxutmadığını bildiriblər.

Kamil Musəvi bu məsələyə görə əsla narahat olmadığını deyib: “Ermənilərin şikayəti əsassızdır. Çünki biz nə etmişiksə, hər biri faktlara əsaslanır. Yalandan bizi hüquq mühafizə orqanlarına şikayət etməkləri, həbsimizi tələb etmələri boş-boş məsələlərdir. Əgər bununla bağlı günahımız olsaydı, hər hansı bir tədbir düşünə bilərdik. Günahımız olmadığı üçün heç də narahat deyilik”.

Kamil Zeynallı isə baş verənlərə daha sərt yanaşıb: “Erməni çaqqalları bu gün hər şeyə edə bilərlər. Biz də nəsə etməyə çalışırıq. Amma bizim etdiyimiz erməni şərəfsizinin başını kəsən Ramil Səfərovun etdiyinin yanında heç nədir. Nə etsək də, onun çəkdiyi əziyyətə çata bilmərik. Ona görə də nə etmişiksə, yaxşı eləmişik. Çünki onların cavabı nə olursa, olsun, verilməliydi. Mən də bununla bağlı çağırış etdim. Səsimə səs verən azərbaycanlılar sağ olsun”.

“Bizim də azərbaycanlı olaraq adımız-sanımız var. Biz onlara yox, onlar bizə sataşdılar. Biz də cavablarını verdik. Deyirlər ki, hər şey hüquq yolu ilə olsun. Necə yəni? Düşmən xarici ölkədə gəlib məni vursun, mən də əl vurmaym ki, hər şey hüquq yolu ilə olsun? Xeyr, hər şey hüquq yolu ilə həll olmur”, - Zeynallı vurğulayıb.

Qeyd edək ki, ermənilər həmvətənlərimizi iğtişaşa çağırış etməkdə ittiham edirlər. Həmçinin, hər iki vətəndaşımızın həbs olunmadıqları təqdirdə, ümumiyyətlə, Rusiyaya buraxılmaması tələb olunur.


Paylaş: