"Sizin BMT cəhənnəm olsun! Millətimi küçələrə saldınız..."
Tarix: 25-07-2020, 10:59



Xaricdə yaşayan ermənilərin azərbaycanlılara qarşı hücumları davam edir.
Yenisabah.az xəbər verir ki, mövzu haqda fikirlərini bölüşən aparıcı, prodüsser Tarix Əliyev (Tolik) Rusiyada yaşayan həmyerlilərimizə görə narahatlıq keçirib:
"Mənə nə Amerika maraqlıdır, nə də Belçika. Mənə Rusiyada yaşayan azərbaycanlılarım maraqlıdır. Hal-hazırda onlar ermənilərlə müharibə edirlər. Mənə hansısa petisiya lazım deyil! Mənə xalqımın övladlarını qorumaq lazımdır, onları qoruyun, cəhənnəm olsun sizin petisiyalarınız. Sizin BMT cəhənnəm olsun! Millətimi küçələrə saldınız, Allah bəlanızı versin. Bəsdir Amerikadan danışdınız, orada onsuz da heç kimi öldürməyəcəklər. Amma Russiyada yaşayan millətim dayanmır və onlara da cavab gəlir, kasıblarımın çörəyinə bais olanlara Allah lənət eləsin. Bu gün döyürlər, sabah öldürməyə başlayacaqlar! Bəzi "qəhrəmanlar" siz onların yanında deyilsiniz, bilmirsiniz nələr olur. Yatmısınız evinizdə cavanlar döyür, döyülür, ora Qarabağ deyil!"

Paylaş: